Fruit Gift

+99412 5648676, +99450 6337799, +99436 5479848
  • Kartınız boşdur!

Naxçıvanın tarixi

Naxçıvan çoxəsrlik tarixə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır. Bir sıra fars və türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Şəhəri yunanca "Naksuana", pəhləvicə "Naxçıvan", ərəbcə - "Nəşəva" və ya “Akçıvan”-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər.
Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində (m.ö. II yüzillik) rast gəlinir. Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus zərbxanalarda üzərində "Naxçıvan" sözü yazılmış gümüş pullar kəsilmişdir.
Naxçıvan VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir.
IX yüzilliyin əvvəllərindən ərəblərə qarşı xürrəmilər adlı xalq hərəkatı başlayanda xürrəmilərin əsas dayaq nöqtələrindən və hərbi düşərgələrindən biri Naxçıvan şəhəri idi. IX-X yüzilliklərdə Naxçıvan Sacilər və Salarilər dövlətlərinin tərkibində olmuşdur. XI əsrin ortalarından Naxçıvan səlcuq sultanlarının ixtiyarına verildi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslan 1064-cü ildə Naxçıvanı ələ keçirmişdir.
Atabəylər və Elxanilər hakimiyyəti dövründə Naxçıvan Gəncədəki Səlcuqlu dövlətinin bir valisi olan Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər dönəmi, daha doğrusu Eldənizlər dövrü başlamışdır. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan Atabəylər dövlətinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi.
Şəhər 1221-ci ildə Çingiz ordularının hücumuna məruz qalmış, xeyli dağıntılar olmuşdur. Monqolların hücumundan sonra Naxçıvan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqiburinin hakimiyyətinə tabe olmuşdur. 1386-cı ildə Teymurləngin qoşunlarının hücumu zamanı Naxçıvanın təsərrüfat həyatına və maddi mədəniyyətinə ziyan dəymişdir.
XV əsr Qaraqoyunluların və Ağqoyunluların hakimiyyəti zamanında Naxçıvan daha da inkişaf etmişdi.
Səfəvi xanədanlığının siyasi yüksəlişi 1501-ci ildə Şeyx İsmayılın Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə başlanır. Şərur düzündə qızılbaşların Ağqoyunluların üzərindəki qələbəsindən sonra Naxçıvan səfəvilərin hakimiyyətinə keçdi.
Nadir şahın dövründə Cüxur-Səd-Naxçıvan bəylərbəyiliyi də ləğv edilərək Azərbaycan adı altında vahid inzibati bölgüyə daxil edildi.
1747-ci ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda iyirmiyə qədər müstəqil feodal dövlətlər - xanlıqlar yarandı.
XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan, Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə Naxçıvanın xanı Kəlbəli xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir qədər dirçəliş baş verdi. Birinci Rusiya-İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı. İkinci Rusiya-İran müharibəsi (1826-1828) gedişində - 1827-ci ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı.
1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Naxçıvan (1918-1920) 1917-ci il fevral-burjua inqilabından sonra, aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmiş, uzun mübahisədən sonra Məhəlli federasiyası yaradılması ideyası qəbul olunmuşdur. Həmin ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı. 1918-ci ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi. 1918-ci ilin noyabrında Araz Türk Respublikası yarandı. Paytaxtı Naxçıvan şəhəri olan bu Respublikanın ərazisi 16.000 kv.km -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi. Türkiyənin birinci dünya müharibəsində məğlubiyyəti Mudros müqaviləsinin (1918) şərtlərinə görə türk qoşunlarının Azərbaycandan, o cümlədən Naxçıvandan çıxarılmasına səbəb oldu.
Sovetlər Birliyi dövründə Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra - iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Ali orqan olan Naxçıvan İnqilab Komitəsi təşkil olundu.İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış “Moskva və Qars müqavilə”lərinə əsasən Naxçıvanın üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alındı. Naxçıvan ərazisinin qorunmasında Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə Cümhuriyyəti ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı alınmışdır.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (NMR) istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (NMSSR) Ali Soveti “Moskva və Qars müqavilə”lərini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi. 1990-cı ildən sonrakı siyasi proseslər Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də möhtərəm Heydər Əliyevin Moskvadan Naxçıvana gəlməsi bu regionu xilas etdi. Fəal siyasətə qayıdan Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Ali Məclisinə sədr seçildi. Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Naxçıvan parlamenti tarixdə ilk dəfə olaraq milli dövlətçilik ənənəsinin bərpası istiqamətində taleyüklü addımlar atdı. Üç rəngli dövlət bayrağı qəbul olundu. Bayraq və digər müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikasınının (NMR) yaşaması üçün İran və Türkiyə ilə əlaqələrin yaxşılaşmasına xüsusi diqqət yetirildi. 1992-ci ildə Azərbaycana bağlı Naxçıvan MR ilə Türkiyə və İran arasında protokollar imzalandı, Araz çayı üzərindən körpülər salındı. Naxçıvan Muxtar Respublikasının (NMR) təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü.
Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur.

Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdəNaxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimiNaxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. ŞimaldaŞərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km)[2][3][4][5][6][7], Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən ZəngəzurDərələyəz silsiləsinin suayırıcıları, Türkiyəİranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, OrdubadƏbrəqunisrayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, CulfaOrdubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2013-cü ildə Babək və Şərur rayonlarının bəzi kəndləri hesabına Kəngərli rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərurdairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubaddairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdəErmənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921)Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur[8].

1 yanvar 2014-cü ilə olan vəziyyətə əsasən Muxtar Respublika inzibati cəhətdən yeddi rayona və Naxçıvan şəhər inzibati ərazi dairəsinə bölünmüşdür; bu inzibati vahidlərdə 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, ŞərurŞahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla toplam 219 yaşayış məntəqəsi yerləşir.[1][9] Muxtar Respublikanın inzibati mərkəzi qədimNaxçıvan şəhəridir.

Arxeoloji tədqiqatlar[redaktə | əsas redaktə]

Naxçıvan MR ərazisində zəngin maddi mədəniyyət nümunələrinin aşkar olunması burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu, bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrinin olduğunu göstərir[14]. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvanda insanlar 500-300 min il bundan əvvəl məskunlaşmışdır. 100 – 35 min il bundan əvvəl Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşması davam etmişdir[15]. Batabat yaylağında, Qazma mağarasında, NaxçıvançayƏlincəçay vadilərində, Ordubad rayonu ərazisindəki Kilit mağarasında, İlandağın Cənub ətəyində və digər abidələrdə daş dövrü mmədəniyyətinin izləri aşkar olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində Qazma mağarasından, əsasən, çaxmaqdaşı və obsidiandan hazırlanmış Mustye dövrü əmək alətləri, ovlanmış heyvanların çapılıb doğranmış sümükləri aşkar olunmuşdur. I Kültəpə yaşayış yeri yaxınlığından Aşel mədəniyyəti dövründə hazırlanmış əl çapacağı qeydə alınmışdır[16].

Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, indiki KültəpəSirab kəndlərinin ərazisində Neolit dövrü (e.ə. VII-VI minilliklər) yaşayış məskənləri yerləşir.Naxçıvanda Yeni Neolit abidələri Sədərək, Şorsu, Yeni yol və Uçan Ağılda aşkar olunmuşdur. Naxçıvanda Neolit mədəniyyəti əsasında mis metalın kəşf olunduğunu Eneolit dövrü mədəniyyəti (e.ə. VI-V minilliklər) inkişaf tapmışdır. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilmişdir. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir.

Eneolit dövrü oturaq əkinçi-maldar qəbilələr Naxçıvançay, Arpaçay vadilərində və digər ərazilərdə məskunlaşmışlar. Eneolit dövrü I Kültəpə, Ovçulartəpəsi, Damlama, Xələc yaşayış yerlərində və Sədərəkdə tədqiq edilmişdir. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri kimi əkinçilik və maldarlıq, eləcə də mütalişləmə, dulusçuluq, daşişləmə, toxuculuq və sair sənət sahələri inkişaf tapmışdı. Arxeoloji materiallar göstərir ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə Mesopotamiya arasında əlaqələr olmuşdur[17].

 
Alban çarı CavanşirinNaxçıvan şəhərindən tapılmış tunc heykəli. VII əsr[18] (Orijinalı Sankt-Peterburqda Ermitajda, kopyası isə BakıdaAzərbaycan Tarix Muzeyində saxlanılır.)

Tunc dövründə (e.ə. IV – II minilliklər) qədim Naxçıvan qəbilələrinin iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Naxçıvanda da etnik proseslər güclənmiş və iri tayfa ittifaqları yaranmışdır. I və II Kültəpə, Maxta, Ovçulartəpəsi, Daşarx və sair Kür-Araz mədəniyyəti abidələrində aparılmış arxeoloji tədqiqatlar göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, texniki tərəqqi yüksəlmiş, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artmışdır. Bu dövrdə tuncun kəşfi mühüm rol oynamışdır.[19]

Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə II minilliyin əvvəllərindən Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı.Belə şəhər mərkəzlərindən olan II Kültəpədə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançıda arxeoloji tədqiqatlar aparılmışdır. Tunc dövründə Naxçıvan yüksək incəsənəti ilə Yaxın Şərq dünyasında tanınmışdır. Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar (Boyalı Qablar mədəniyyəti), tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini – ideoloji və fəlsəfi estetik dünyagörüşünü əks etdirir.

E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Naxçıvan ərazisinin tarixi mürəkkəb ictimai – siyasi hadisələrlə zəngin olmuşdur. Bu dövrdə Azərbaycan ərazisində Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinin formalaşması prosesi getmişdir. Naxçıvan ərazisində bu mədəniyyətə aid abidələr I Kültəpə,Şahtaxtı, Kolanı, Sarıdərə, Haqqıxlıq, Bəyəhməd, Qarabulaq, Zeyvə və sairləri aşkar edilmişdir. Bu abidələrin tədqiqi Xocalı – Gədəbəy mədəniyyətini yaradan tayfaların qədim dövrdən bu ərazilərdə məskunlaşmış aborigenlərdən ibarət olduğunu göstərmişdir.[20] Bu dövrdə Naxçıvan ərazisi üçün əsas təhlükə qonşuluqda olan Urartu dövləti tərəfindən yaranmışdır. Culfa rayonu ərazisindəki İlandağda e.ə. 820 – 810-cu illərə aid mixi yazılı kitabə aşkar olunmuşdur. Kitabədən məlum olur ki, Urartu çarları İşpuini və onun oğlu Minuanın dövləti birgə idarə etdikləri dövrdə bu əraziyə basqınlar edilmişdir.[21]İşğalçılara qarşı mübarizə məqsədi ilə regionun qədim yaşayış yerlərində möhtəşəm müdafiə istehkamları (Oğlanqala, Qalacıq, Govurqala və sair) inşa edilmişdir[22].

I KültəpəII Kültəpə yaşayış yerlərindən aşkarlanmış axsı qab nümunələri (Azərbaycan Tarix Muzeyinin kollesksiyası)

E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın[23], daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın[24] tərkibində olmuşdur. Qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvan ərazisinin, həmçinin, Manna mədəniyyətinin təsir dairəsinə daxil olduğunu sübut etmişdir.[25] Midiyanın süqutundan sonra Əhəmənilərin hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarındanAtropatenanın[26], eramızın III əsrindən isə Sasanilər imperiyasının[27] tərkibinə daxil olmuşdur.

Atropatena hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə - Güney Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən Naxçıvan, Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirmiş, antik dünya xalqları ilə sız ticarət əlaqələri yaratmışdı. Bu barədə, qədim yunan, Roma, ərəb, erməni, Suriya müəlliflərinin əsərlərində məlumatlar vardır. Şərur rayonun Püsyan kəndi yaxınlığındakı yaşayış yeri və nekropoldan, Oğlanqala, Qoşatəpə, Babatəpə və s., Babək rayonu ərazisində Meydantəpə, Nurudərəsi abidələrindən antik dövr mədəniyyətinin izləri qeydə alınıb, ilkin tədqiqat işləri aparılmışdır. Naxçıvan nekropolundan əldə edilən əldə edilən saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri, Şahbuz rayonu ərazisindən tapılan Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar (e.ə. IV əsr) bu bölgədəküp qəbirlərinin e.ə. IV əsrdən gec olmayaraq yayıldığını göstərir[28].

Naxçıvan bölgəsinin orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə xüsusilə diqqəti cəlb edir. Əlincəçay vadisindəki Zoğallı abidəsindən tapılmış sütun altlıqları, tunc qrifon, Cavanşirin tunc heykəli[29] (Naxçıvan şəhəri), Batabat yaxınlığındakı Fərhad evi, onun üzərindəki kitabə, yaxınlığından keçən qədim karvan yolu və bir çox abidələrdən aşkar olunmuş materialların müqayisəli təhlili göstərmişdir ki, Naxçıvan orta əsrlərdə Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olmuş, Yaxın ŞərqQafqazlaiqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində önəmli rol oynamışdır.

Siyasi tarix[redaktə | əsas redaktə]

 
Naxçıvan ərazisi Urartudövlətinin tərkibində
 
Naxçıvan ərazisi Vaspurakan vilayətinin tərkibində

Antik dövr[redaktə | əsas redaktə]

Eramızın ilk əsrlərində bütün Azərbaycanda olduğu kimi, Naxçıvan bölgəsində də məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafında ciddi dəyişikliklər əmələ gəlir, köhnə istehsal münasibətləri yeni feodal münasibətləri ilə əvəz olunur. Eramızın əvvəllərində indiki Naxçıvan MR ərazisinin cənub – qərb hissəsi Vaspurakan tarixi vilayətinə daxil idi.[30] Naxçıvan MR-in qalan ərazisi isə Sünik (mərkəzi müasirNaxçıvan şəhəri) və Qoğtən (mərkəzi müasir Ordubad ərazisi) vilayətlərinin tərkibinə daxil idi.[31] Vaspurakan vilayəti müxtəlif tarixi dövrlərdəAtropatenanın[32][33], Böyük Ermənistan dövlətinin[34], ParfiyaSasanilər imperiyalarının tərkibinə daxil olmuşdur. SünikQoğtən isə gahQafqaz Albaniyası, gah da Atropatenanın tərkibində olmuşdur.[35] Eyni zamanda Sünikin öz alban mənşəli yerli hakim sülaləsi və kilsəsi də olmuşdur.[36]

Roma-Parfiya, daha sonra isə Sasani-Bizans müharibələri zamanı döyüş meydanına çevrilən Naxçıvan dəfələrlə əldən-ələ keçmişdir. Sasani gümüş sikkələri ilk dəfə Naxçıvan zərbxanasında kəsilmişdi. Mehranilər sülaləsinin Qafqaz Albaniyasında yenidən dövlətçiliyi bərpa etməsindən sonra isə Naxçıvan və Qoğtən qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.[37]

Orta əsrlər dövrü[redaktə | əsas redaktə]

 
Vaspurakan vilayəti Böyük Ermənistan dövlətinin tərkibində
 
1554 - cü ildə Səfəvi-Osmanlı müharibələri çərçivəsində Sultan Süleyman Qanuninin Naxçıvana yürüşü olmuşdur. Matrakçı Nasuhun"Süleymannamə"sindən Qanuninin Naxçıvan yürüşünü göstərən miniatür
 
Naxçıvan ərazisi Sünikintərkibində
 
1578 - ci ildə Naxçıvan zərbxanasında kəsilmiş gümüş sikkə (Azərbaycan Tarix Muzeyininkolleksiyasl)

VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində yaranan Xilafətin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurcanadı ilə qeydə alınmışdır. Ərəb istilalarına xüsusi əsər həsr etmiş ərəb tarixçisi əl-Bəlazurinin[38] (IX əsr) məlumatına görə Basfurcan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni ərəb inzibati bölgüsünə daxil edilir. Burada və digər ərəb mənbələrində Nəşavə(Naxçıvan) həmin bölgüyə əsasən, Arran vilayətinə daxil edilən Basfurcanın əsas şəhəri adlandırılır. Bu dövrdə Azərbaycanda yayılmışXürrəmilər hərəkatı Naxçıvanı da əhatə etmiş[39], Naxçıvan ərazisi həm xürrəmilərin, həm də əsasən xristian dinli əhali arasında yayılmışPavlikan hərəkatının[40] əsas dayaq nöqtələrindən biri olmuşdur.

IX əsrdə Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti altında qalır. Sacilər xanədanı süquta uğradıqdan sonra (942) Naxçıvan bir müddət bu sülaləyə sadiq olan Deysəm ibn İbrahimin hakimiyyəti altında qalmışdır. 942981-ci illərdə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[41] X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan şəhəri əsasən müasir Naxçıvan MR və qisəmən də Ermənistan (Qərbi Azərbaycan) ərazisini əhatə edən və ərəb mənşəli Əbudüləfilər sülaləsi tərəfindən idarə olunan Naxçıvanşahlıqdövlətinin mərkəzi olmuşdur.[42]

XI əsrin I yarısından Azərbaycan, eyni zamanda Naxçıvan bölgəsi Səlcuqluların başçılıq etdikləri oğuzlarvə başqa türk tayfaları tərəfindən ələ keçirilir. 1018-1021-ci illərdə Araz çayını keçən oğuzlar cənub istiqamətindən Arran torpaqlarına yürüş edərək, Naxçıvan, daha sonra isə ermənilərin qədim paytaxt şəhərlərindən olan Dəbil şəhərini ələ keçirirlər[43].

1038-ci ildə Səlcuq dövləti yarandı.[44]Onun ilk hökmdarı Toğrul bəyin (10381063) varisi Alp Arslan(10631072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra səlcuqlular bütün Naxçıvana yiyələndilər.[45] (1064) Səlcuqlular imperiyasının süqutundan sonra1136-cı ildə qıpçaq mənşəli[46][47] Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəyləri dövləti(11361225) yaranmış və Naxçıvan şəhəri bu dövlətin ilk paytaxtı[48] olmuşdur.

Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanırdı. Əsas dövlət xəzinəsi isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı.[49] Bu dövrdə Naxçıvan paytaxt kimi xeyli inkişaf edir, şəhərdə qiymətli memarlıq abidələri – qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa edilirdi.

Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Məhəmmədin oğlu Cəlal əd-Din Məngburninın nüfuz dairəsində qalır.[50] Həmin dövrdə Naxçıvanın hakimi Məhəmməd Cahan Pəhləvanın Zahidə Xatundan olan qızı Cəlaliyyə Xatun idi.[51]

XIII-XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə gedən siyasi – iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilir. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin tarixində mühüm yer tutur. Dövrün mənbələrindən aydın olur ki, inzibati ərazi baxımından 9 tümənə ayrılan Azərbaycanın bir tüməni olan Naxçıvan bölgəsi dövlətə 10.000 döyüşçü vermək qüdrətində idi[52]. Tarixçi Həmdullah Qəzviniyə görə,Azərbaycanın 27 şəhərindən 5-i Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə Naxçıvan tüməninə daxil idi və o, geniş ərazini – Araz çayının şimal və cənub tərəflərini əhatə edirdi.[53]

XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi.1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra NaxçıvanSəfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilərin hakimiyyəti dövründə 280 – 300 min km2 ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati-ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), ÇuxursədTəbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. Naxçıvan MR – in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olmuşdur.[54]

Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. İrəvan, eləcə də Naxçıvan şəhəri qızılbaş ustaclılar tayfasının iqamətgahı olmuşdur.Səfəvi-Osmanlı müharibələri dövründə (XVI-XVII əsrlər) Naxçıvan ərazisi döyüş meydanına çevrildi. Dəfələrlə əldən-ələ keçən Naxçıvan şəhəri isə dağıntılara məruz qaldı. Dövrün hərbi-siyasi hadisələri üzündən Naxçıvan şəhəri əski əzəmətini, Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı rolunu və mövqeyini itirmişdi. Culfa, Ordubad, Əylis kimi mərkəzlərə də xeyli zərər dəymişdi. I Şah Abbasın hakimiyyəti dövründə (15871629) isə Naxçıvandan İrana çoxlu əhali sürgün olundu.[55]

XVII-XVIII əsrlərdə Naxçıvan ərazisi ustaclılar tayfasının idarəsinə verilmişdi. Bu tayfanın tərkibinə daxil olan Kəngərlilər Naxçıvanın siyasi və mədəni həyatında aktiv iştirak edirdilər.

XVIII əsrin əvvəllərində Azərbaycana sahib olmaq uğrunda iki türk sülaləsi – OsmanlılarSəfəvilər arasında mübarizə yenidən gücləndi.1724-cü ilin sentyabrında osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra isə Ordubad şəhərini tutdular. Naxçıvan vilayətinin böyük bir hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə daxil edildi. Osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyyəyə bölünmüşdü: Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvazeyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərəşürgüt, Sisyan, Dərələyəz. Ordubad ayrıca nahiyyə təşkil etməyərək Azadciran nahiyyəsinə daxil idi.[56]

1735-ci ildə Azərbaycanın digər əraziləri kimi, Naxçıvan da Nadir xanın hakimiyyətinə keçdi. 1736-cı il Muğan qurultayında özünü şah elan edən Nadir şah Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoydu. Mərkəzləşdirmə siyasəti yeridən Nadir şah inzibati - ərazi bölgüsünü dəyişdi., bəylərbəylikləri ləğv edərək Azərbaycanın bütün ərazisini vahid Azərbaycan vilayəti (mərkəzi Təbriz şəhəri) adı altında birləşdirdi və vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Naxçıvan bölgəsində yaşayan Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyinə görə bu tayfanın bəzi üzvləri Əfqanıstana sürgün edildi. Nadir şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi: “Hakim-e ölkə-ye Naxçıvan”(tayfa vəkili və əyalətdən toplanan qoşunun rəisi) və “Hakim-e tümən-e Naxçıvan” (şah tərəfindən təyin olunur, iqtisadi-inzibati idarə işlərinə rəhbərlik edirdi).

1747-ci ildə Nadir şah Əfşarın sui – qəsd nəticəsində öldürülməsindən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü Naxçıvanın müstəqil xanı elan edərək Naxçıvan xanlığının əsasını qoydu.[57] Zəngəzur dağlarından Araz vadisinə qədər ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri oldu. Xanlıq inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Biləv mahallarına bölünmüşdü.[58]

Yeni dövr[redaktə | əsas redaktə]

 
Naxçıvan şəhərinin mərkəzində II Yekaterinanın heykəli (XX əsrin əvvəlləri)

18261828-ci illər Rusiya – Qacar müharibəsi dövründə Naxçıvan rus qoşunları tərəfindən işğal olundu, Türkmənçay müqaviləsinə əsasən isə xanlığın ərazisi Çar Rusiyasına ilhaq olundu.[59]İstiladan sonra çar höküməti İrandanTürkiyədən 10 minlərlə erməni ailəsini Naxçıvana köçürmüş[60][61] və diyarın demoqrafik quruluşunu ciddi surətdə dəyişmiş[62], Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti yaradılmışdı.[63][64] Naxçıvan diyarı, çar hökumətinin Qafqazda apardığı inzibati islahata (1840, 10 aprel) əsasən Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil edildi. 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə keçirildi.[65]

1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyəti devrildikdən sonra imperiyanın bir çox əyalətlərində olduğu kimi, Naxçıvanda da ikihakimiyyətlilik meydana gəldi. Naxçıvanda yerli hakimiyyət orqanlarının – qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlanıldı. Naxçıvan diyarında vəziyyət daha da mürəkkəbləşdi. 1918-ci ildə erməni-daşnak hökümətinin maddi və mənəvi yardımına arxalanan “erməni milli komitəsi” Naxçıvan bölgəsində qarşıdurmanı, qırğınları daha da artırdı.[66]

1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədi ilə Araz-Türk Respublikası yaradıldı. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olundu. Araz-Türk Respublikasının ərazisində Naxçıvan, Şərur, Mehri, Vadibasar, Qəmərli dairələri daxil idi.[67] Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər.

1919-cu ilin iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutdular. Yerli əhali canını xilas etmək üçün Güney Azərbaycana qaçmalı oldu. Az sonra Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların hərbi birləşmələrini Naxçıvandan qovdu.[68] 1919-cu ilin yay və payızında ŞərurDərələyəzdə və Naxçıvanda Amerika general – qubernatorluğunun yaradılması təşəbbüsü də uğursuzluqla nəticələndi.

1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası bərqərar oldu. Naxçıvan əhalisi kömək üçün Azərbaycan SSR hökümətinə müraciət etdi. 28 iyul 1920-ci ildə Naxçıvan Sovet Respublikası elan olundu. Naxçıvanda əmin-amanlığın yaradılmasında, diyarın daşnak ünsürlərindən təmizlənməsində A. Şadlinskinin başçılığı ilə “Qırmız tabor” fəal iştirak etdi. Bu dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur mahalı Ermənistan respublikasına verildi.[69][70] Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR höküməti dəfələrlə Naxçıvanı özünə ilhaq etmək üçün siyasi cəhdlər göstərdi. Lakin, 1921 - ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR – in tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət statusu RSFSR və Türkiyə Cümhuriyyəti arasında bağlanmış Moskva müqaviləsində[71] (1921) daha sonra isə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsində[72] (1921) təsbit edildi. Hər iki müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verdi[73][74].

I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR – in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi.[75] Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək, onun təsdiq olunmasını Zaqafqaziya MİK – dən xahiş etdi. 1924-cü il, 8 yanvarda Zaqafqaziya MİK – in plenumu Q. Musabəyovun məruzəsini və Azərbaycan MİK – in qərarını müzakirə edərək, Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olunmasını təsdiq etdi. Azərbaycan SSR MİK – in 1924-cü il, 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi.[76]

1929-cu ildə Zaqafqaziya MİK–in qərarı ilə Naxçıvanın 657 km2 ərazisi - Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR - ə verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazilərdə Ermənistan SSR – in Mehri rayonu yaradılmışdır.[77]

Naxçıvanın muxtar ərazi ststusunun möhkəmləndirilməsində 18 aprel 1926-cı ildə V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 17 sntyabr, 1937-ci ildə Naxçıvan MSSR-in X fövqəladə Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 30 may, 1978-ci ildə Naxçıvan MSSR Ali Sovetinin IX çağırış növbədənkənar VIII sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının mühüm əhəmiyyəti olmuşdur.

Naxçıvan MSSR SSRİ dövründə sosial-iqtisadi və mədəni inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə Lenin ordeninə, Xalqlar DostluğuOktyabr İnqlabı ordenlərinə layiq görülmüşdür.