Fruit Gift

+99412 5648676, +99450 6337799, +99436 5479848
  • Kartınız boşdur!

Quru meyvələr

Alma qurusu – Astma və ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. Eyni zamanda alma qurusu tərkibindəki zəngin lif sayəsində bağırsaqları təmizləyir. Alma qurusu maddələr mübadiləsini sürətləndirməklə və həzm prosesini asanlaşdırmaqda faydalıdır. (A; B; E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngindir)

Alça qurusu – kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir.

Tut qurusu – kalsium, kalium və dəmir mineralları, həmçinin B1, B2 və C vitaminləri ilə çox zəngindir.  Ağ tut qurusu qızdırmanı aşağı salır. Qara tut  qurusu  isə ağız və boğaz xəstəliklərində müsbət təsir göstərir.

Əncir qurusu – 100 qr əncir qurusu orqanizmə gündəlik kalsium ehtiyacını ödəyir. Həzmi asanlaşdırır, orqanizmi bakteriyalardan qoruyur. Əncir tərkibində yüksək nisbətdə kalsium və fosfor olduğu üçün sümük və dişləri xəstəliklərdən qoruyur.

Üzüm qurusu (kişmiş) – karbohidratla zəngin oldğd üçün əsl enerji mənbəyidir. Üzüm qurusu  A, B1, B2, C vitaminləri, eyni zamanda kalium, kalsium, natrium və dəmir mineralları ilə zəngindir.

Qoz-fındıq – B və E vitamini, dəmir var. Sakitləşdirici, yuxu gətirici xüsusiyyəti var. Stresi azaldır. Mədə bağırsaq üçün xeyirlidir. ABŞ-ın Virciniyadakı Marşal Universitetində aparılan araşdırmalarda gündə iki ovuc qoz ləpəsi yeyən qadınlarda süd vəzi xərcəngi riskinin 50% azaldığı müəyyən edilib. Bundan başqa qoz ləpəsi orqanizmdə olan şişlərin böyüməsinin də qarşısını alır. Təzyiqi aşağı olanlara qoz ləpəsi yümək məsləhətdir. Qoz ləpəsi zülal və yağ nisbəti baxımından çox zəngin olsada çəki artımına səbəb olmur. Çünki, toxluq hissi yaradır. 6-7 qoz ləpəsi yemək (gündə) insanı gümrah saxlayır, qocalma prosesini ləngidir.

Dana əti- dəmir, proteiin var. Soyuqdəyməyə, öskürəyə

Yemişan – Yemişan qurusundan çay dəmləyib, ürək nevrozunda, hipertoniyada, təngənəfəslikdə, aritmiyada, ürək əzələlərinin qüvvət­ləndiril­mə.-sində istifadə etmək lazımdır. 50 qr (1 x.q.) yemişan qurusunu 2 stəkan (400qr) qaynar suda 2 saat dəmləyib, gündə 3 dəfə 50 ml qəbul  etmək lazımdır. (istifadə 10 gun)

Zirinc – Zirinc qurusundan, sidik yollarında daş zamanı, öd yolları xəstəliyi, podaqra, revmatizm, mədə-bağırsaq, babasil, qaraciyər xəstəliklə­rində istifadə olduqca faydalıdır. 50qr zirinc qurusunu 1,5 stəkan (300ml), qaynar suda 2 saat dəmləyib gündə iki dəfə 50 ml qəbul edilir. (10 gün müddətində). Zirincin meyvələri çox faydalıdır. Meyvələr C vitamini ilə zəngindir. C vitamindən başqa tərkibində limonvə alma turşuları, flovonoidlər, petkin və şəkərli maddələr vardır. Xalq təbabətində zirinc meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda sinqa, raxit, qan azlığı, isitmə (malyariya), eləcə də mədəbağırsaq xəstəliklərində istifadə üçün qədim dövrlərdən mürəbbə. Şərbət, firni hazırlanır. Quru meyvələrindən çay kimi dəmləyib istifadə edirlər. Zirinc meyvəsindən mürəbbə, kompot, şirə hazırlanır. Zirinc həmçinin:

  1. Təzyiqi aşağı salır.
  2. Qanda şəkəri sabitləşdirir
  3. Böyrəkdə daş yaranmasına mane olur.
  4. Bağırsaq xərcəngindən qoruyur.
  5. Xərcəngə yaxalanma rickini azaldır.
  6. Enerji verir, vücudu gücləndirirş
  7. Həzmi asanlaşdırır
  8. Beyni sakitləşdirir
  9. İshalı kəsir
  10. Ürək və damar sağlığını qoruyur.
  11. Böyrəklərin işini asanlaşdırır
  12. Xolesterolu aşağı salır.
  13. Ürəktutma riskini azaldır.

 

Fındıq – Fındıq bədənə güc və enerji verir,  soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Bundan başqa bu dadlı meyvə xolestreni salır, ürəyin ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına köçək edir. Fındığı hec də boş yerə bu nov məmulatların kralı adlandırmırlar. Tərkibindəki fosfor və kaliumun miqdarına görə fındığın əvəzi yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapilyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir.

Badam quru meyvə - Gün ərzində yeyilən bir ovuc badam qanda xolesterinin səviyyəsini, ürək və damar xəstəliklərinin inkişafı riskini 20% azaldır. Badam qan azlığına da xeyirlidir. Yeməkdən sonra yeyilən badam qanda şəkərin miqdarını tənzimləyir. Bundan başqa güclü antioksidandır. Körpələrdə ana südünə qarşı həssaslıq olduqda əzilmiş badamı ilıq suya salıb vermək lazımdır. Sümükləri gecləndirmək xüsusiyyətinə görə badamdan çoxlu istifadə etmək lazımdır. Bu gələcəkdə sümük əriməsi risqini azaldır. Yüksək kalori dəyəri ilə kökəlməyə yardım edən badam yağı qəbizliyi aradan qaldırır.

  • Təzyiqi salır, şəkər xəstəliyinə tutulma riskini azaldır.
  • Qanda şəkərin səviyyəsini tənzimləyir.
  • Xərcəng və infarkt kimi xəstəliklərə qarşı qoruyucudur.
  • İçindəki yağlar xolesterolu azaldır.