Fruit Gift

+99412 5648676, +99450 6337799, +99436 5479848
  • Kartınız boşdur!

Bəhməz, seçilmiş şirin meyvənin əzilərək suyunun çıxarılıb,  qaynadılmasından əldə edilən, bala bənzər, qatı məhluldur. Növləri müxtəlifdir. Buna misal olaraq tut, üzüm, əncir, qovun, qarpız və s. meyvələrdən hazırlanan bəhməzləri göstərmək olar.

 

 
 
Azərbaycanda isə ən çox tut və üzümdən hazırlanır. Bəzi xəstəliklərə faydalı olması ilə yanaşı,  milli mətbəğimizdə də istifadə ounur. Xəşil, quymaq, şirin kələm dolması, halva, piroq və s. yemək və şirniyatlarda işlədilir. 

 

 


Bəhməz təbii bir enerji mənbəyidir. Beləki , tərkibindəki qlükoza və fruktoza, həzm prosesində  sürətli şəkildə qana qarışma xüsusiyyətinə malik olduğu üçün, enerji ehtiyacı olanlara çox faydalıdır. Ağır işlərdə işləyən və idmançılarda lazım olan enerjini, təmin etmək üçün istifadə oluna bilər.

Enerji verici xüsusiyyətə malik olmaqla yanaşı həm də sümük sağlığı  üçün gərəkli olan kalsium və qan azlığına faydalı olan dəmir mineralları ilə zəngindir. 100 qr. bəhməzdə təxminən 400 mq kalsium, 10 mq dəmir vardır. Bəzi araşdırmaların nəticəsinə görə, dəmir baxımından baldan da zəngin olduğu söylənilir. 200 qr. bəhməz kalori baxımından 1150 qr südə, 300 qr çörəyə, 390 qr ətə bərabərdir.

 


Ümumiyyətlə faydalıdır :

Qan dövranının yaxşılaşmasına

Qan azlığı xəstəliyinə

İştahsızlığa

Mədə xəstəlikləri, əsasəndə xora xəstəliyinə

Asma və bronxit xəstəliklərinə

Hamiləlikdə 

Uşaqların böyüməsinə və zəka inkişafına

Mədə, bağırsaq və böyrəklərin qüvvətlənməsinə

Damar sərtləşməsinə

Dişlərin və sümüklərin sağlamlığına

 

Zərərlidir:

Şəkər xəstələrinə.

Doşabın növləri və faydaları (FOTO)

Qan azlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir.
 
Doşab müxtəlif meyvələrdən qaynadılaraq hazırlanan şəkərli, qatı mayedir. Onun digər adı isə bəkməzdir. Xurma, üzüm, tut, armud doşabı kimi növləri olan bu qiymətli məhsuldan bir çox valideynlər uşaqlarda iştahanı artırmaq üçün istifadə edirlər.

Lakin doşab təkcə iştahanı artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Onun faydaları inanılmaz dərəcədə çoxdur. Məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir.

Sizlərə doşabın növlərini və faydalarını təqdim edir.

Doşab bəzi rayonlarda yetişdirilən bal armudundan hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır.

Nəticədə əldə edilən armud bəkməzindən iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Həmçinin qüvvətverici və sidikqovucu dərman kimi istifadə olunur. Armud doşabı qurdları salmaq üçün əla və təbii vasitədir.



Tut doşabı da eynilə üzüm doşabı kimi, xalq arasında ən çox tanınandır. O da digər doşablar kimi sağlamlıq mənbəyidir. Qan azlığının qarşısını alan faydalı maddədir. Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir. Asma və bronxit xəstəliklərində də faydalıdır.

Soyuğa və soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artıran xüsusiyyətə malikdir. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir. Qanazlığı və dəmir çatışmazlığını, xora kimi mədə narahatlıqlarının qarşısını alır.

Üzüm doşabı xalq arasında ən çox tanınan doşab növlərindən biridir. Bu növ doşab bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır. Bədəndəki qanın miqdarını artırır.

Təbii ki, bədən üçün əsl enerji mənbəyidir. İştahanı açır. Hamiləlikdə və körpə inkişafında çox təsirli və faydalıdır. Üzüm doşabı uşaqların kalsium ehtiyacını təmin etmək üçün kifayət qədər kalsium və fosfora malikdir.



Xurma doşabı -ürək və damar xəstəlikləri riskini azaldır, beynin və bədənin inkişafına yardımçı olur. Quru öskürəyi kəsir. Boğaz ağrısını aradan qaldırır. Bronxit və soyuqdəyməyə qarşı olduqca təsirlidir. Həddindən artıq çəki azlığından şikayətlənənlər xurma doşabı ilə kökələ bilər.

Təzə südü badam ilə qarışdırıb yemək ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma doşabı əhval-ruhiyyəni yaxşılaşdırır. Həddindən artıq çox istifadə etmək qana ziyan verə bilər. Necə deyərlər, hər şeydən qədərində yararlanmaq lazımdır.
 

Doşab – çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Doşab, həm də bəkməz adı ilə tanınır.

Doşab təkcə iştaha artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış doşabın keyfiyyəti haqqında məlumat almaqla onlardan dərman kimi necə istifadə etməyi də öyrənmək olar.

Doşab əslində çox qədimdən bəri məlum olan, amma qiyməti çox daha sonra aydınlaşan müalicəvi effektə malik qidadır. Doşabın faydaları inanılmaz dərəcədə çoxdur. Məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir.

Şəfa mənbəyi olan doşabın daha təsirli olması üçün bu şəkildə sərf etməyiniz məsləhətdir. Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı doşab töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.

Doşabın hansı növləri var?

Xurma doşabı

Üzüm doşabı

Tut doşabı

Armud doşabı

Bəs çeşidli doşabların hansı faydası var?

Xurma doşabı

Xurma doşabı uzun müddət ac qaldığınız vaxtlarda, yorğunluq və halsızlığa qarşı çox faydalıdır. İdman edənlər üçün isə sanki enerji mənbəyini öz öhdəsinə götürür. Ürək və damar xəstəlikləri riskini azaldıcı təsiri var. Beynin və bədənin inkişafına yardımçı olur. Quru öskürəyi kəsir. Boğaz ağrısını aradan qaldırır. Bronxit və soyuq soyuqdəyməyə qarşı olduqca təsirlidir. Ən önəmlisi bədəni xərçəngdən müdafiə edir. Xərçəngə qarşı qoruyucu təsiri var.

Xurma doşabı bədənə rütubət və istilik verir, qan yaradır, insanı kökəldir. Təzə süd və badam ilə qarışdırıb yedikdə daha faydalıdır, ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma doşabı əhval-ruhiyyəni yaxşılaşdırır, əncir və güldəfnə ilə xronik öskürək və sinə ağrısı üçün faydalıdır, arpa suyu ilə qarışdırıb içdikdə böyrək daşının parçalanmasına kömək edir, sidikqovucu təsir göstərir. Onun gülxətmi ilə düzəldilən təpitməsi şişləri yatırır və çibanı deşir. Çox işlətmək qana ziyandır.

Armud doşabı

Adi armud şirəsi ishal xəstəliyinə qarşı işlədilir. Bəzi rayonlarda bal armudundan (xüsusən onun yerli adla məşhur olan "bal armudu" sortundan) armud doşabı hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. Nəticədə əldə edilən armud bəkməzindən iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Həmçinin qüvvətverici və sidikqovucu dərman kimi istifadə olunur. Armud doşabı qurdları salmaq üçün əla və təbii vasitədir.

Üzüm doşabının faydaları

Üzüm doşabı xalq arasında ən çox tanınan doşab növlərindən biridir. Üzüm doşabı bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır. Bədəndəki qanın miqdarını artırır. Təbii ki, bədən üçün əsl enerji anbarıdır. İştahanı açır. Hamiləlikdə və körpə inkişafında çox təsirli və faydalıdır. Mütəxəssislər tərəfindən bu dövrlərdə istifadə edilməsi təklif edilir. Mədə, bağırsaq və böyrəkləri qüvvətləndirir. Damar sərtliyinə yaxşı təsir edir. Qan dövranını rahatlaşdırır.

Müxtəlif doşab növlərində olduğu kimi üzüm doşabında fosfor və kalsiumun miqdarı çoxdur. Fosfor və kalsium bağırsaqda pozulmuş balansı düzəltməklə, kalsium absorbsiyonu yetərli hala gətirir. Üzüm doşabı uşaqların kalsium ehtiyacını təmin etmək üçün kifayət miqdarda kalsium və fosfor ehtiva edir. Doşab kalsium və fosfor mənbəyi kimi istifadə edilir.

Tut doşabının faydaları

Tut doşabı da eynilə üzüm doşabı kimi, xalq arasında ən çox tanınan doşabdır. Eynilə digər doşablar kimi sağlamlıq mənbəyidir. Tut doşabının faydalarını bu cür göstərmək olar:

Qanazlığının qarşısını almaq üçün tut doşabından istifadə etmək həqiqətən çox faydalıdır. Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir. Astma və bronxit xəstəliklərində faydalıdır. Soyuğa və soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artıran xüsusiyyətə malikdir. İdmançılar üçün enerji anbarıdır. Uşaqların böyüməsində və inkişafına yardımçı olur. Uşaqların zehni inkişafı üçün tut doşabı da təklif edilir. Tut doşabı ilə qarqara edilərsə, ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir. Qanazlığı və dəmir çatışmazlığını qarşısını alır. Xora kimi mədə narahatlıqlarını qarşısını alır

Tut doşabı daha nələrə yaxşı təsir edir?

Tut doşabı ən güclü enerji mənbəyidir. Bu doşab həm uşaqlar, həm hamilələr üçün çox faydalıdır. Doşabın ən əhəmiyyətli xüsusiyyəti isə mineral baxımından çox zəngin olmasıdır. Dəmir, sink və maqnezium kimi bir çox minerallardan ibarətdir.

İdmanla məşğul olanlar xüsusilə idman öncəsi enerjiyə ehtiyac duyarlar. Əslində təbii üsulla enerjili olmağın yollarından biri də doşabdır. Doşabı suyun içinə əlavə edərək içdikdə idman ərəfəsində enerjili olmağınızı təmin edir. Eyni zamanda, idman zamanı itirdiyiniz mineralları də yerinə qoymuş olarsınız. Tut doşabı da bir çox xəstəliyə müsbət təsir göstərir