Fruit Gift

+99412 5648676, +99450 6337799, +99436 5479848
  • Kartınız boşdur!

Xəstəliyə qarşı mürəbbələr

Portağal mürəbbəsinin faydaları: Enerji verir, damar tutulmalarının qarşısını alır, müqaviməti artırır, qanın təmizlənməsinə kömək edir, həzmi asanlaşdırır, qaraciyərin fəaliyyətini nizamlayır, infarkt ehtimalını azaldır, qripə və zökəmə qarşı faydalıdır, sakitləşdirici təsirə malikdir. İflic ehtimalını azaldır, yüksək təzyiqi aşağa salır, yorğunluğu aradan qaldırır. Qandakı xolestrol miqdarını aşağı salır, yaraların sağalmasını sürətləndirir, damar tutulması və arteriskleroza qarşı faydalıdır.
Albalı mürəbbəsinin faydaları: Müqaviməti artırır, mədənin və qaraciyərin fəaliyyətini nizamlayır, həzm sistemini gücləndirir, ən yaxşı mikroböldürücüdür. Ürək-damar xəstəliklərinə qarşı qoruyur, arteriskleroza qarşı faydalıdır, xərçəng ehtimalını azaldır. Əzələ ağrılarını azaldır, qan təzyiqini nizamlayır, temperaturu aşağı salır, ən yaxşı ağrıkəsicidir.
Armud mürəbbəsinin faydaları: Mədə-bağırsaq sistemini gücləndirir, həzmi asanlaşdırır, böyrəklərin fəaliyyətini nizamlayır, böyrək daşlarının və qumlarının tökülməsinə kömək edir, sidikqovucudur, qanı təmizləyir, qan azlığına qarşı faydalıdır. Sakitləşdirici təsirə malikdir, yüksək təzyiqi aşağı salır, yorğunluğu aradan qaldırır.
Çiyələk mürəbbəsinin faydaları: Enerji verir, qandakı xolestrol miqdarını aşağı salır, damar tutulmalarına qarşı faydalıdır, ən yaxşı antioksidandır, immunitet sistemini gücləndirir. Xərçəngə qarşı qoruyur, mədə-bağırsaq sistemini nizamlayır, bağırsaq qurtlarını salır, sidikqovucudur. Orqanizmdəki zərərli maddələrin ifraz olunmasına kömək edir, qanı təmizləyir, diş ətlərini gücləndirir, sakitləşdirici təsirə malikdir. Stressi azaldır, temperaturu aşağı salır.
Ərik mürəbbəsinin faydaları: İştahaçıcıdır, enerji verir, yorğunluğu aradan qaldırır, xərçəngə qarşı faydalıdır, orqanizmdəki zərərli maddələrin ifraz olunmasına kömək edir. Miqrenə qarşı faydalıdır, qanazlığına qarşı təsirlidir, dərini nəmləndirir, yumuşaldır, qidalandırır. Yaraların sağalmasını sürətləndiri, yuxusuzluğu aradan qaldırır.
Gül mürəbbəsinin faydaları: Enerji verir, ishalı kəsir, badamcıq vəzisi iltihabını aradan qaldırır, ən yaxşı mikroböldürücüdür, mədə-bağırsaq sistemini nizamlayır, ağız boşluğu xəstəliklərinə qarşı faydalıdır. Dərini nəmləndirir, yumuşaldır, qidalandırır. Göz iltihabını aradan qaldırır, sakitləşdirici təsirə malikdir.

Qoz mürəbbəsi mədə-bağırsaq ağrılarının azalmasında, diş əti xəsəliklərində, vitamin çatışmazlığından çox faydalıdır. 

Zoğal mürəbbəsi

Qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, iştahın artırılmasında və digər xəstəliklərin müalicəsində qüvvətli müalicəvi əhəmiyyəti vardır. Zoğal mürəbbəsi olmayan ev bu evdə yaşayanların sağlamlığına laqeyd kimi qəbul edilir.



Çiyələk mürəbbəsi

Bədənə qüvvət verir. Xolestrolu nizamlayır və damar keçməməzl… Qanı təmizləyir, diş ətini gücləndirir, ağız qoxusunu yox edir. əsəbləri sakitləşdirir, hərarəti aşağı salır. Revmatizm əleyhinə və qaraciyər pozğunluqlarında xeyirlidir və s.



Qoz mürəbbəsi

Bədəni qüvvətləndirir, cinsi fəaliyyəti artırır. Təzə qozun qabığını soyur, onu suda və balda adi qayda üzrə tam bişənədək qaynadır və üzərinə lazım olan ədviyyələri əlavə edirlər.



Albalı mürəbbəsi

Sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.



Qarpız mürəbbəsi

Qorxu və vasvasılıq zamanı xeyirlidir. Sinə ağrısını aradan qaldırır, mədə zəifliyinə qarşı faydalıdır. Həzm fəaliyyətini qüvvətləndirən vasitədir.

Qoz mürəbbəsi: Qışın ən faydalı meyvələrindən biri də qozdur. Əgər qoz yeyəndə üzünüzdə sızanaqlar yaranır və ya qoz yeməyi xoşlamırsınızsa, sizə bu möcüzəvi meyvənin mürəbbəsini tövsiyə edirik. Qoz mürəbbəsi də qozun bütün faydalarını ehtiva edir. Bu mürəbbə insan orqanizimində yod, həmçinin C, E, və B vitaminlərinin çatışmazlığını aradan qaldırır.

Qoz mürəbbəsi yedikdə zehni qüvvətləndirir, qavramanı artırır. Tərkibindəki omeqa-3 maddəsi sayəsində ürək damarlarının tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Xolesterolu aşağı salma qabiliyyətinə malik olan qoz döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.

Tərkibindəki melatonin sayəsində yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldırır. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını dayandırır. Orqanizmi manqan və mislə təmin edir.

Alma mürrəbbəsi ürək bulanmasına qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.

Badam mürəbbəsi öskürəyi kəsir.

Zəncəfil mürəbbəsi sidikqovucu təsirə malikdir. Mədə, böyrək və sidik kisəsi üçün faydalıdır. Bəlğəmə qarşı da çox faydalıdır.

Qabaq mürəbbəsi cinsi həvəsi artırır, bədəni kökəldir, qəbizliyi aradan qaldırır, daxili orqanları möhkəmləndirir. Təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.

Heyva mürəbbəsi həzm üçün faydalıdır. Ürəkbulanma və ishala yaxşı təsir edir.

Yerkökü mürəbbəsi səsi təmizləyir. Ağciyərləri toksinlərdən təmizləmək üçün faydalıdır. Qaraciyər üçün də xeyirlidir. Həmçinin həzmə kömək edir və cinsi fəaliyyəti qücləndirir.

Naringi və ya limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhkəmləndirir.




Bənövşə mürəbbəsi

Sinəni yumşaldır, öskürəyə qarşı çox xeyirlidir. Müəyyən qədər dərilmiş bənövşə yarpağına iki o qədər şəkər tozu qatıb döyür 40 gün şüşə qabda gün düşən yerdə saxlayırlar. Digər gül mürəbbələrinə qatıb istifadə etdikdə baş ağrılarını aradan qaldırır.



Qızılgül mürəbbəsi

Bu mürəbbələr qəndlə və balla hazırlanır. Qəndlə hazırlanana “ gülqənd və ya gülşəkər”, balla hazırlanana “güləngəbin” də deyirlər. Bal ilə hazırlanan belə mürəbbələr 4 ilə kimi qala bilir.
Oynaq ağrıları, böyrək və sidik kisəsində daş, sidik tutulması zamanı faydalıdır. Bel ağrısı və həzm üçün münasibdir.



Əziz dostlar, ağız dadınıza və sağlamlığınıza laqeyd deyilsinizsə, bu mürəbbələrə evinizdə hər zaman yer ayırın. unutmayın ki, onların tərkibində heç bir qatqı yoxdur. Hər şey təbiətin özündəndir.