js
Təbii şirələr ən faydalı dərmandır. Qədim zamanlardan məlumdur ki, təzə-tər meyvələrdən çəkilmiş şirə ən yaxşı məlhəmdir. Onun kməyi ilə nəinki xəstəlikləri müalicə etmək olur, hətta onların qarşısını da almaq mümkündür. 1939-cu ildə ABŞ naturoloqu Normann Uokerin “Şirələrlə müalicə” kitabı nəşr olundu. Kitab dərhal populyarlıq qazandı və hər il müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə nəşr edilməyə başlandı. Uoker kəşf etmişdi ki, şirələrdə 90% su var və bu, sözün əsl mənasında dirilik suyudur. Şirələrin tərkibində bioloji cəhətdən olduqca fəal hüceyrələr var. Bu hüceyrələr orqanizmdə vitaminlərin, faydalı mikroelementlərin, üzvi turşuların artmasına xidmət edir. Şirə dərhal maddələr mübadiləsinə qoşulur və insan hüceyrələrinin fəaliyyətinə təkan verir. Məhz buna görə də ondan təbabətdə və pəhrizlərdə geniş istifadə olunur. İstənilən şirələr mədə şirəsinin dərəcəsini tənzim edir, qanda xolesterin miqdarını normaya salır və toksinləri bədəndən xaric edir. Bir çox şirələrin tərkibində olan fitonsidlər antimikrob xüsusiyyətinə malik olduğu üçün mədə də qeyri-sağlam mikrobları məhv edə bilirlər. Təzə meyvələrdən çəkilmiş şirələrdə C vitamini və kalsium bol olur. Konservləşdirilmiş şirələr şüşə qablarda (banka) keyfiyyətini itirmir və uzun müddət (16 aya yaxın) qalır. Konservləşdirilmiş (şüşə bankalara yığılıb kip bağlanmış) şirə istifadə üçün açıldıqda 2 saat ərzində sərf edilməlidir. Şirə oksigenlə təmasa girdiyi üçün aşıq qabda olan şirənin tərkibindəki C vitamini və kalsium get-gedə yoxa çıxır. Ona görə də əksər hallarda şirəni 200qr şüşə qablarda qablaşdırırlar. Bir insan üçün bir dəfəyə şirə qəbulu 200qr çoc olmamalıdır. Gün ərzində 2 stəkan (200qr – 1 stəkan) şirə qəbulu (səhər, axşam) məqsədəuyğundur. Bir hissəsi istifadə edilmiş şirənin qalan hissəsi soyuducunun buz yerində saxlanılsa da bu halda da vitamin və mikroelementlər məhv olur. Qeyd etdiklərimiz heç bir qatqısı olmayan, tam təbii şirələrə aiddir. Şirə hazırlandıqda dərhal konservləşdirilməsi tələb olunur. Təbii şirənin açıq qabda (ev şəraiti formasında) hazırlanması lazımdır. Çünki şirə qaynadıldığı zaman yaranmış kəf (acı su) səliqə ilə yığılmalıdır. Çünki kəfi yığılmayan şirə dadlı olmur və tez turşuyur. Mürəbbə hazırlanarkən də onun kəfi (acı suyu) səliqə ilə yığılmalıdır. Əks halda mürəbbənin dadı dəyişir, üzün müddət saxlanılması mümkün deyil. Ordubad meyvələrindən hazırlanan şirələr öz dadı və zəngin tərkibi ilə seçilir. Ordubad rayon əhalisinin uzunömürlü olmasının bir səbəbi də yüz illərdir ki, hazırlanan (ev şəraitində) meyvə şirələrinin (ərik, şaftalı, zoğal, gilənar(albalı), itburnu, moruq, böyürtkən) qızılgül, çiyələk) dad və tərkibindədir.
Çiyələyin həzm edilməsi bir az çətin olduğu üçün çiyələk şirəsinin istifadəsi daha rahatdır.
Çiyələk şirəsi (təzə və mürəbbəsi həmçinin) sakitləşdirici təsirə malikdir, stresi azaldır, təzyiqi, qızdırmanı aşağı salır. Revmatizm və qaraciyər xəstəliyində yaxşı təsirə malikdir. Dərini nəmləndirir, gözəlləşdirir. Bədəndə yığılan zəhərli maddələri təmizləyir, damarı yumşaldır, böyrəkləri qum dənəciklərinin tökülməsinə yardımşı olur. Çiyələkdə olan C vitamini limondan çoxdur. Çiyələkdə digər meyvələrdə olmayan salisilik turşusu vardır. Çiyələk şirəsi bədəni qüvvətləndirir, xolesterolu salır, tıxanmış damarın açılmasına kömək edir, immunitet sistemini gücləndirir, həzm sistemini nizamlayır. Bağırsaq qurdlarını tökür, sidikqovucudur, (o cümlədən mürəbbəsi) qanı təmizləyir, ağız qoxusunu aradan qaldırır.
Bir çox xüsusiyyətə malikmolan gilənar şirəsi orqanizmdə yığılan zəhərli maddələrin qaraciyər və böyrəklərdən xaric edilməsini təmin edir. Gilənar şirəsi ürik turşusu və urat duzlarının bədəndən çıxmasını təmin etdiyindən, revmatizm və duz xəstəliyi ilə (müxtəlif səbəblərdən ürik turşusu səviyyəsinin yüksəlməsi və sümüklərdə ya da oynaqlarda zamanla təcrübəyə səbəb olaraq ağrılı infeksiyalara gətirib çıxarması ilə ortaya çıxan iltihabi bir xəstəlikdir) mübarizə aparır.
Mütəxəssizlər gilənar şirəsinin yuxusuzluq probleminə qarşı təsirli olduğunu təsdiqləyirlər.
Pensilvariya və Roçester Universitetində çalışan elm adamları yuxusuzluqdan əziyyət çəkən 15 nəfər insana 2 həftə ərzində səhər və axşam təxminən 227 qr GİLƏNAR ŞİRƏSİ veriblər.
Araşdırmaçılar növbəti iki həftə ərzində isə iştirakçılara digər meyvə sularından içməyi tövsiyə ediblər.
Mütəxəssislərin gəldiyi nəticə isə çox maraqlı olub. Belə ki, gilənar şirəsi istifadə edən insanlarda yuxusuzluq problemi digər həftələrlə müqayisədə dəfələrlə aşağı olub. Araşdırmaçılar isə bunun gilənarın tərkibindəki maddələrlə bağlı olduğunu dəqiqləşdiriblər. Qaraciyərin dostu olan gilənar şirəsi
Onu da qeyd edək ki, gilənar şirəsinin üz və boyun hisslərinə çəkilməsi, dəridəki qırışları da aradan qaldırır. Gilənar şirəsi qanazlığı olan insanlara çox faydalıdır. Hipertoniya və böyrək xəstəliklərində əvəzolunmazdır. Qızdırmaya qarşıdır. Tərkibində A vitamini və kalium var. Mədə və qaraciyərin fəaliyyətini tənzimləyir.
Xalq təbabətində gilənar şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa ARTİRİTDƏ, ürək keçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir. Gilənar şirəsi susuzluğu, qan təzyiqini və ödün surətli ifrazını azaldır.
Aparılan tədqiqatlar gilənarın meyvəsindən çox şirəsinin antioksidan baxımdan daha faydalı olduğunu ortaya çıxardıb. Gilənarda antioksidan xüsusiyyətlərə sahib antosionun komponentlərinin əhəmiyyətli ölçüdə qorunduğu, gilənar şirəsinin bu xüsusiyyətinə görə digər meyvə şirələrindən fərqləndiyi müəyyən edilib.
Antosionin – meyvə və tərəvəzlərə qırmızı və bənövşəyi rəng verən maddədir. Gilənar meyvə şirəsinə çevrildiyi zaman antosionin miqdarının 87%-ni qoruyur.
Gilənar zəngin antosionin və digər polifenolik maddələrlə antioksidan xüsusiyyəti yüksək olan qırmızı meyvədir.
Araşdırma nəticəsində gilənardakı antosioninlərin bioaktivliyinin şirədə meyvəyə nisbətən üç dəfə çox olduğu aşkar edilib. Yekun olaraq məlum olur ki, gilənar şirəsi insan sağlamlığı üçün əvəzolunmazdır.