Yarpız suyu çayı mədəni bəlğəmdən yaxşı təmizləyir.
Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi sakitləşdirir, təngənəfəslik hallarına qarşı münasib hesab edilir.
Böyürtkən (moruq) şirəsi iştahanı açır
Tut qurusu şəkər xəstəliyi olanlara çay içərkən məsləhət görülür
Heyva şirəsi şəkər xəstəliyində çox xeyirlidir. (susuzluğa qarşı)
Ərik şirəsi əsəbi insanlara əhəmiyyətli dərəcədə xeyirlidir.
Reyhanı 1 L qaynanmış suda dəmə qoyub süzür, bal qataraq yeməkdən sonra 1 fincan içmək fikirli və qəmli insanlara müsbət təsir göstərir.
İtburnu qurusunu 1 L soyuq suda 3 saat isladıb, vam odda 5 dəqiqə qaynatdıqdan və 15 dəqiqə dəm atdıqdan sonra süzüb bir azca şirin edərək gün ərzində bir neçə içmək yuxusuzluğa qarşı xeyirlidir.
Kəklikotunu xardalda qaynadıb qar-qara etmək dilin ağırlaşması və keyləşməsində yaxşı təsir edir.
Nanə yarpağını çeynəmək dil gərginləşməsində xeyirlidir.
Nanə cövhəri ilə ağızı yaxalamaq və ya içmək xeyirlidir.
Qızılgül suyu (gülab) dişəti zədələnməsi və iltihabında qarqara edilərsə müsbət təsirə malikdir.
Qızılgül cövhərini arpa horrası ilə qatıb yemək ağciyər iltihabında çox xeyirlidir.
Bənövşə şərbəti sətəlcam və plevrit üçün xeyirlidir.
Kəklikotunun 10 qr dəmləməsi ağciyər xəstəliyində xeyirlidir.
Nanə suyu qanlı öskürəkdə faydalıdır.
Heyvə şirəsi qanlı öskürəkdə müsbət təsir göstərir.
Bənvşənin 50qr qurudulmuş çiçəyini 1 L suda od üzərində qızdırıb, qaynamağa başlayanda, götürüb bir müddət dəmə qoydudan sonra bal ilə qarışdırıb istifadəsi bronxitə qarşı üçün müstəsna dərəcədə xeyirlidir.
Kəklikotu dəmləməsi bronxitə qarşı müalicəvi əhəmiyyətlidir.
Zirinc şərbəti böhranlı təngənəfəslik zamanı məsləhət görülür.
Böyürtkən (moruq) şirəsi qızdırma zamanı istifadə edilərsə müsbət təsirə malikdir.
Çiyələk şirəsi iltihablı qızdırma zamanı çox xeyirlidir.
Çobanyastığı çiçəyindən 1x.q. 1L qaynar suda dəmə qoyulub, süzülür, bir qədər bal ilə qarışdırılıb hər 2-3 saatdan bir istifadə edilərsə zökəmvə qızdırma zamanı çox xeyirlidir.
Kəklikotunun 10 qramını 1 fincan qaynar suda dəmləyib içmək qızdırmanı aşağı salmaqda müsbət təsirlidir.
Böymədəran dəmlənməsi tərləmək üçün yaxşı vasitədir.
Böyürtkən mürəbbəsi çay ilə içilərsə tərləmək üçün yaxşı vasitədir.
Qoz ağacının yarpağı dəmləməsi ilə əlləri bir neçə dəfə yuduqda əllərin tərləməsi dayanır.
Qızılgül şirəsi südü az olan analar üçün çox xeyirlidir.
Limon şirəsi südü qatı olan analar üçün istifadə edilməsi məsləhət görülür.
Reyhanın iki sutka ərzində gülab içərisində saxlayıb və həmin su ilə kompress düzəldib sinə və döş üzərində qoyulması süd yollarının tutulması və döşün şişməsində müalicə vasitəsi kimi sınanmışdır.
Çiyələk şirəsinin istifadəsi arıqlamağa kömək edir.
Şaftalı şirəsinin istifadəsi arıqlamaq üçün vasitələrdən biridir.
Hərtərəfli biliyə malik böyük şair Nizami “İsgəndərnamə”də yazır ki, QIZILGÜL suyu (gülab) baş ağrısında çox xeyirlidir.
Azərbaycan həkimi Ömər Osman (X əsrin axırı) ürəyi xəstə olan insanlara tut doşabından istifadəni məsləhət görərmiş.
Gülab (qızılgül suyu) ilk dəfə Şiraz şəhərində müalicə üsulu kimi istifadə olunmuşdur.
Reyhanın 10qramını 1 fincan qaynanmış suda dəmləyib, süzüb bal ilə qarışdıraraq yeməkdən sonra içilməsi miqren və baş ağrılarında müsbət təsir göstərir.
Kəklikotu çayı baş ağrısında sakitləşdirici təsir göstərir.
Reyhan yarpağını iyləmək baş ağrısını sakitləşdirir.
Nanə yarpağını iyləmək baş ağrısında müsbət təsir göstərir.
Bənövşə mürəbbəsi baş ağrısında köməklik edir. (bənövşə çayı həmçinin)
Limon şirəsi bel ağrılarını sakitləşdirir.
Qoz yarpağından hazırlanan təpitməsini hazırlanıb bel və dizdə ağrı olduqda ağrıyan yerə qoyulur.
Nanə çayı əsəbi şəraitdən doğan bel ağrısı üçün faydalıdır.
Dağ qarpızının məhlulu ilə qarqara etmək boğaz ağrıları və iltihabı zamanı xeyirlidir. (dağ qarpızı qaynanmış suda dəmlənib, süzülür və suyu ilə qarqara edilik).
Zirinc şərbəti təngənəfəslikdə xeyirlidir.
Bənövşə dəmləməsinin istifadəsi səs tutularkən xeyirlidir.
Gülab (gül suyu) göz üzərinə qoymaqz ağrısında istifadəsində xeyirlidir. (tənzifi gülabla isladıb göz üzərinə qoymaq)
Qızılgül cövhəri göz ağrısında istifadə edilərsə müsbət təsir göstərir. (2 ç.q. 50 ml suya qatıb içilərsə)
Qızılgül çövhərini narın toz halına salınmış təbaşirlə qarışdırıb gözə məlhəm şəklində qoyularsa temperaturlu iltihab və göz çirki üçün münasib dərmandır.
Qızılgül çövhərini qaynanmış yumurta sarısı və zəfəranla qarışdırıb gözə məlhəm qoymaq güclü göz döyünməsinin qarşısını alır.
Zirinc şərbəti həşərat sancması zamanı istifadə edilərsə müsbət təsir göstərir.
Nanə tozunu (1x.qş) 1 stəkan suda 10 dəqiqə dəmləyib yeməkdən sonra gündə bir dəfə (1 stəkan) içmək həzm pozğunluğunda müsbət təsir göstərir.
Kəklikotundan 10 qramının 1L suda dəmlənib istifadəsi həzm pozğunluğunda faydalıdır.
Kəklikotu dəmləməsi ağızdakı pis qoxuları yox edir.
Nanə dəmləməsi pis qoxuları aparır.
Limon şirəsi ilə yağlı dəriyə (pampşqla) çəkilərsə yağlılıq azalır.
Çiyələk şirəsi çalınmış yumurta ağı ilə qarışdırılır və üzərinə 20 damcı gülab əlavə edib yenə qarışdırıb məhlulu pambığa hopdurub üzə çəkildikdə dərinin rəngi xoş və təravətli olur (1 saat qalmalı)
QIZILGÜL ŞİRƏSİ içmək dəri üçün xeyirlidir.
GƏVƏN yağı ilə yumurta sarısının qarışından istifadə saç tökülməsini əngəlləyir.
Cicitkəni bişirib yedikdə saçı möhkəmləndirir.
Çobanyastığı çiçəyinə özü bərabərində xına qatıb işlətdikdə saç qızılı rəng alır.
Bənövşə yağını başa sürtmək (100qr bənövşəni 1 L suda qaynadıb, suyu süzüb saçları yuduqda ) saç tökülməsini əngəlləyir.
Qoz yağının baş dərisinə massajla çəkilməsi saç tökülməsini gecikdirir.
Üzərliyi suda qaynadaraq, süzülüb saçlar yuyularsa saçları qaraldır.
Böyürtkən yarpağını suda qaynadıb, süzülüb baş yuyulması saçları qaraldır. (50 qram 1L suda qaynatmalı)
Qızılgül mürəbbəsi istifadəsində dəri səpgiləri və qaşınmaya müsbət təsiri vardır.
Limon cövhərinin 10 qramını qaynar suda həll edərək gündə 3 dəfə səpgi üzərinə çəkərək lazımdır.
Qoz ağacının yarpağını suda isladib qaşınan yerə qoyduqda qaşınma dayanır.
Kəklikotunun qaynadılmış suyunda çimmək (500qr kəklikotu torbaya qoyulur 15 dəqiqə 3 L suda qaynadılır və 350-400 hərarətli vanna suyuna qarışdırılır, 20 dəqiqə suda uzanıb, sonra yatağa girib tərləmək lazımdır. Yel xəstəliyi olan adamlar üçün aydalıdır. Bu həmdə qan dövranını tənzimləyir.
Kəklikotunu əzib ocaqda işindikdən sonra isti-isti ağrıyan (yel xəstəliyində) yerə qoyub dəsmal ilə bağlayırlar. (Sınanmış üsuldur)
Çobanyastığı yağını (yel xəstəliyində) ağrıyan yerə sürtmək çox xeyirlidir.
Kəklikotu dəmləməsi yel xəstəliyində çox faydalıdır.
Böyürtkən şirəsi istifadə edildikdə yel xəstəliyinə qarşı təsir gösərir.
Çiyələk mürəbbəsi qan azlığında xeyirlidir.
Çiyələk şirəsi qan azlığında istifadə edilərsə müsbət təsir edir.
Çiyələk kompotunun istifadəsi qan azlığı olan insanlarda bədəni gücləndirir.
Cicitkən qurusu (20-30 qram) 0,5L soyuq suda vam od üzərində 3-5 dəqiqə qaynadılıb, 10 dəqiqə dəmləndikdən sonra süzülüb hər gün 3-4 stəkan istifadə edilərsə (içmək) qan azlığında çox xeyirlidir.
Yemişan mürəbbəsi istifadə edildikdə qan dövranının pozulmasında yaxşı təsir göstərir.
Yemişan qurusu (40 qram) 1L suda dəmlənir, süzülür və istifadə (içmək) edilərsə qan dövranını tənzimləyir.
Zirinc şərbəti (100qr zirinci 400qr soyuq suya töküb 2-3 saat saxlanılır. Sonra şirəsini sıxıb 100qr şəkər qataraq vam od üzərində şəkər həll olana qədər qızdırırlar. (Şirəni qaynatmaq olmaz). Sonra onu süzüb, qaynanmış su əlavə edilir. (Ümumi həcm 1 L olmalıdır. Gün ərzində 3 dəfə (30/150ml) içmək lazımdır) qan dövranını tənzimləyir.
Gicitkən yarpağının dəmləməsinin istifadəsi qan dövranını yaxşılaşdırır.
Gilas mürəbbəsinin istifadəsi qan dövranına yaxşı təsir edir.
Çiyələk şirəsi istifadə edildikdə qan dövranının tənzimlənməsinə xeyirlidir.
Çiyələk kompota istifadəsi qan dövranı üçün əhəmiyyətli təsirə malikdir.
Gilənar (albalı) şirəsi içmək qan təzyiqini sabitləşdirir.
Çəpiş əti (altıaylıq) və ya qovurması qan təzyiqinin normallaşdırılması üçün yaxşı vasitədir. Xolesterolu aşağı salır.
Zirincin meyvəsi (təzə və qurusu) qan təzyiqini sakitləşdirir, susuzluğu və mədə hərarətini aradan qaldırır və iştahanı yaxşılaşdırır.
Zirinc şirəsi – qan təzyiqini sabitləşdirir, susuzluğu yatırdır, mədə hərarətini salır.
Yemişan mürəbbəsi – təzyiqi orta səviyyədə saxlayır, mədə-bağırsağa müsbət təsir edir.
Yemişan (təzə və qurusu) – qan təzyiqi üçün çox xeyirlidir.
Ərik şirəsi – susuzluq, mədə iltihabı, öd iltihabında çox xeyirlidir
Şaftalı şirəsi – ödü sakitləşdirir, susuzluğu yatırır, bağırsaqları hərəkətə gətirir.
Ayran – susuzluğu yatırmaqda, iştahanı açmaqda çox yaxşı vasitədir.
Qatıq – susuzluğu yatırır, yuxu gətirir, mədəni sakitləşdirir.
Limon – mədəni gücləndirir, ödü sakitləşdirir, qan təzyiqini normallaşdırır.
Qurut – qan təzyiqini və ödü sakitləşdirir.
Limon şirəsi – qaraciyərin fəaliyyətini tənzimləyir, öd kisəsinin işini asanlaşdırır.
Gavalı qurusunu (10-12 ədəd) suda isladıb, sonra 2-3 saat qaynadıb və şirəsini soyudulmuş halda içmək məsləhətdir.
Zirinc şərbəti qaraciyər narahatlığında müsbət təsir göstərir.
Qızılgül ləçəyinin qurusunu qaynadıb, ərik, qaraciyər şişəndə və ya böyüyəndə üzərinə təpitmə formasında qoyulur.
Çobanyastığının qaynadılmış şərbətini içmək qaraciyər şişməsi halında münasibdir.
Zirinc şərbəti qaraciyər şişməsi zamanı xeyirlidir.
Qızılgül şirəsi sarılıq xəstəliyində yaxşı təsir göstərir (təpitmə)
Gülab (Qızılgül suyu) bədənə təpitmə qoyulduda sarılıq xəstəliyi zamanı xeyirlidir.
Çəpic əti (və ya qovurması) sarılıq xəstəliyində xeyirlidir.
Gavalı (bişirilmiş) sarılıq xəstəliyində qızdırma və ürəkbulanmada xeyirlidir.
Bənövşə yağı ilə sarılıq zamanı ciyər yolları və damarları tutularsa, vanna qəbul etdikdən sonra bədəni yağlamaq lazımdır.
Çobanyastığı yağı ilə sarılıq xəstəliyində hərarət qalxarsa bədəni yağlamaq lazımdır.
Çobanyastığı yağı, sarımsaq şirəsi və badam qaynadılmış qatışığı qulas ağrısı üçün xeyirlidir (təpitmə qoyulur)
Qoz yağı ilıq halda qulağa damcıladılarsa qulaq ağrısını kəsir.
Qızılgül cövhəri ilə yumurta ağı və sarısı ilə qarışdırıb təpitmə kimi qulağa qoyduqda qulağın iltihablı ağrısında xeyirlidir.
Çobanyastığı cövhəri qulağa qoyulduqda eşitmə prosesi güclənir.
Bal şərbəti sidik kisəsini təmizləyir.
Gülab (Qızılgül suyu) sidik kisəsinin təmizlənməsində çox xeyirlidir.
Qızılgül cövhəri sidik kisəsi iltihabında çox xeyirlidir (1 ç.q. cövhəri 50 ml suya qatmalı)
Qızılgül şirəsi sidik kanalının təmizlənməsində və iltihabında (sidik kisəsi) çox xeyirlidir.
Çobanyastığı dəmləməsi (çay kimi) sidik-qovucu təsirə malikdir.
Bənövşə qurusunun dəmlənməsi sidikqovucu təsiri var.