Fruit Gift

+99412 5648676, +99450 6337799, +99436 5479848
  • Kartınız boşdur!

Meyvələrin faydaları

 

MEYVƏLƏR

ƏRİK

Üç min ildən artıq müddətdir ki, ərik Qafqazda, o cümlədən Azərbaycanda becərilir. Ərikdən mürəbbə, şirə, kompot vəcem hazırlanır. Həmçinin ərik kölgədə qurudulur - ərik qurusu  və ya qaysı adlanır. Ərik kükürddə də qurudulur. Bu yalnız əriyin görünüşünü saxlayır (sarı rəng). Əslində, kükürddə qurudulmuş əriyi yemək məsləhət görülmür. Təzə meyvəsi, ərik qurusu (kuraqa, qaysı) və vitamini tərkibində yaxşı saxlayan ərik şirəsi və mürəbbəsi çox faydalıdır. Ürək –damar sistemi və böyrək xəstəliyinə düçür olan insanlara ərikdən istifadəni məsləhət görürlər. Azərbaycanlı müəllif Hacı Süleyman İrevani  (XVIII əsr) yazır ki, qurumuş ərik yüksək qızdırmada (400s) və üşütmədə kömək edir. İbn Sina isəqeyd edir ki, ərik tumlarının (dənəsinin) yağı babasilə qarşı xeyirlidir. Məhəmməd Hüseyn xan (XVIII əsr) yazır. Ərik kompotu (xüsusilə kemşirin tamlı) ödqovucu təsirə malikdir və həzmi yaxşılaşdırır. Əriyin yaxşı həzm olunması üçün onu şəkər tozu və cirə ilə yeyirlər. Çətin həzm olunan qida qəbulundan sonra ərik yemək olmaz.

Çin xalq təbabətində ərik meyvəsinin tumunu (dənəsini) iltihablı yuxarı nəfəs yolu və böyrək xəstəliklərində istifadə edilir. (yeyilir). Döyülmüş tumun (dənənin) emulsiyasını az miqdarda öskürək və hıcqırma zamanı qəbul edirlər. Üz günəşdən yanıbsa, əriyin ətindən maska qoymaq lazımdır. Əriyin tərkibində çoxlu şəkər, turşular, B qrupuna aid vitaminlər, A provitamini maqnezium,  fosfor,  kobalt, sink və xüsusi ilə də çoxlu kalium var. Əriyin tərkibində olan kalium və dəmir orqanizmdən şlakları çıxardır, insanı artıq çəkidən azad edir. Həmçinin ərik qalxanvari vəz xəstəliyinin qarşısını alır. Əriyin bir dənəsi (təzəsi, qurumuş və mürəbbəsi) və ya 150qr şirəsi yaxud kompotu səhər insan tərəfindən qəbul edilərsə, bir günlük insan orqanizmi üçün vitamini təmin etmiş olur.

Avropalılar Himalay dağlarında məskunlaşan tayfaların birində olarkən, onları təəccübləndirən bu olmuşdur ki, burada yaşayan insanların orta yaş həddi təxminən 100 ilə yaxındır. Himalaylılar möhkəm sağlamlıqları və əmək sevərlik­ləri ilə seçilirdilər. Omnların əsas qidası ərikdən ibarət idi və ürək,yüksək qan təzyiqi və qanazlığı xəstəliklərində qurumuş əriyi yeməyi məsləhət görüblər.

Azərbaycanın Ordubad rayonunda yaşayan uzunömürlü insanların sağlam həyatının sirrini dadlı meyvələrdə, o cümlədən ərikdə axtarmaq lazımdır.

Axşam şüşə stəkan və ya bankada (4-6 ədəd) qoyularaq üstünə qaynar su tükülərək, nəlbəki ilə örtülmüş, ərik qurusunun suyu və özünün səhər acqarına qəbulu, ürəyi sakitləşdirir, döyüntünü normallaşdırır, təzyiqi normal edir, sidik qovucu təsir edir, bağırsaqları təmizləyir.

Gündə acqarına 4-6 ədəd ərik yemək və ərik şirəsini (150qr) içmək onikibarmaq bağırsağın xəstəliyində əvəzsizdir.

  • ərik şirəsi qəbizlik problemi olanlar üçün məsləhətdir.
  • Inkişaf dövründə olan uşaqlar üçün olduqca təsirli meyvədir
  • Qırışların yaranmasını ləngidir.
  • Rahat yuxu gətirir.
  • Xoranın sağalmasına kömək edir
  • Bədənə enerji verir, yorğunluğu yox edir.
  • Sakitləşdirici təsir edir.

Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli və ideal təamlarından biridir.

Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər.

Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir. Bu dəmləmənin xaricdən istifadəsi dəri ekzemasında çox yararlıdır.

Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan (190qr) ərik şirəsi içmək mütləqdir.

Yay mövsümündə əriyin meyvəsindən bəhrələnin, qış aylarında isə ərik qurusundan (qaysı) istifadə edin və nəticəni mütləq görəcəksiniz. Ərik qurusu (qaysı) seçimində ehtiyatlı olun, hamar və yaraşıqlı qaysı almayın, çünki bu qaysı kükürdlə emal olunmuşdur. Quru və büzüşmüş qaysı olsun, ammaəmin olun ki, bu qaysı zərərsizdir.

Ərik meyvəsində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizm üçün faydalıdır. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. “A” provitamini ilə zəngin olduğu üçün üz dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üz dərisini gün yandırarkın ərikdən maska edilir. Ərikdə kalorinin miqdarı çox oldduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir.

Ərik təzyiqi olanlar üçün faydalıdır. Həmçinin göz və dəri üçün xeyirlidir. Ərik şirəsi hamilə qadınlar üçün olduqca faydalıdır.

150qr ərik şirəsi insanın bir günlük “C” viamininə olan tələbatını ödəyir. 100qr ərik qanəmələgətirmə prosesinə 20-40mq dəmir və ya 200qr təzə qaraciyər kimi təsir gstərir. İl ərzində 2,5 kq ərik yemək məsləhətdir.

Xalq təbabətində ərik astma xəstəliyində məsləhət görülür. Ərik orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir:

  1. Ərik “A” vitaminindən ibarətdir.
  2. Beynin sağlam işləməsinə kömək edir, stressi azaldır.
  3. Sümüklərin daha düzgün və sağlam olmasında vacob rol oynayır.
  4. Dişlərin daha sağlam və qüvvətli olmasında vacib rol oynayır.
  5. Qanı artırır,
  6. Mədə və onikibarmaq bağırsaq xəstəliklərinə xeyirlidir.
  7. Böyrəklərdə daş əmələgəlmə prosesini əngəlləyir.
  8. Xərcəng xəstəliyinə qarşı qoruyucu bir gücə sahibdir.
  9. Ürək xəstəliklərinə qarşı güclü təsiri var.

ÇİYƏLƏK

İstər ətri, istərsə də dadı insanı sanki ovsunlayır. Ətri və dadı qədər görünüşü də cəbedici bir meyvədir. Eyni zamanda təxmin edə bilməyəcəyiniz qədər faydalıdır.

  1. Çiyələk diş və diş ətləri üçün böyük bir dərman mənbəyidir. Çiyələk diş ətlərini gücləndirərkən dişlərin öz bəyazlığına qovuşmasını təmin edir. Maraqlıdır ki, bir çox məşhur ulduzlar dişlərini ağartmaq üçün çiyələklə dişlərinə masaj edir.
  2. Pəhriz zamanı çiyələk yeyərək şəkərə olan istəyinizi azalda bilrsiniz. Şəkər nisbəti aşağı olan çiyələyin 10 dənəsi 58 kaloridir. Bununla yanaşı, çiyələk arıqlamaqla köməkçi olan hormonları tənzimləyir. İştahı kəsir, maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.
  3. Çiyələk antioksidantdır və buna görə də immun sistemini gücləndirir.
  4. Çiyələyin xərcəngə qarşı qoruyucu olduğu da sübut edilmişdir.
  5. Çiyələyin tərkibindəki vitaminlər dərini cavanlaşdırır.
  6. Çiyələk eyni zamanda bədən üçün əmizləyici vasitədir. Toksik maddələrin bədəndən xaric edilməsini təmin edir.
  7. Çiyələk həm də əsəbləri sakitləşdirir, eyni zamanda təzyiqi nizamlayır.
  8. Çiyələk qan dövranını artırır.

Çiyələyin təzə meyvəsini və yaxud bütün mövsüm ərzində mürəbbəsinin istifadəsi eyni təsirə malikdir.

QARAĞAT

Qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən qarağat çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma prosesini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlərə qarşı mübarizə aparır.

Qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqla, yaşlı və xəstəlik nəticəsində zəifləmiş insanlar üçün qarağat (təzə və mürəbbəsi) olduqca xeyirlidir.

Qarağat da həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu var. Damirlə zəngindir və bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir.

Qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır.

Aterosklerozun müalicəsi və profilaktikası üçün qarağat çox xeyirlidir. İştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır, azkalorili olduğu üçün pəhriz zamanı xeyirlidir. Qarağat iltihab və revmatizm zamanı yaxşı təsir göstərir, kapilyar və damarlar üçün xeyirlidir, onları təmizləyir, elastikliyini artırır.

Bronxit zamanı qarağat yaxşı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir.

Qarağat sidikqovucu xüsusiyyələrinə malikdir. Böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir.

 

MEYVƏ ƏRİK

Təzə ərik və ərik şirəsinin, mürəbbəsinin, ceminin, kompotunun, qurusunun, dənəsinin insan üçün faydalarını saymaqla bitən deyil.

Ordubad əriyindən hazırlanmış məmulatlar nəinki Azərbaycanda, hətta yaxın uzaq ölkələrdə belə çox məşhurdur.

Ordubadın təzə əriyini mövsüm ərzində yeməklə, əriyin cemini, mürəbbəsini, şirəsini, kompotunu, dənəsini, qurusunu ilin bütün fəsillərində istifadə etməklə sağlamlığını qoruyub, uzunömürlü bir insan kimi yaşamaq olar.

Ərik və ondan hazırlanmış bütün məmulatlar insan səhhəti üçün misilsiz ölçüdə xeyirlidir.

Ərikdə:

  • “A” vitamininin bol olması gözlər və dəri üçün çox xeyirlidir.
  • Kalsium duzlarının ərikdə olan miqdarı ürək-damar sistemi və qanazlığı xəstəliyində əvəzsiz köməkçidir.
  • Xərcəng xəstəliyinə qarşı qoruyucu bir gücə malikdir.
  • Böyrəklərdə daş yaranmasını əngəlləyir (şirəsi)
  • Bağırsaqların boşalmasına hədsiz kömək edir (şirəsi)
  • Hamilə qadınlar üçün çox xeyirlidir (şirəsi)
  • Ürək xəstəliyində ölçüyəgəlməz kömək edir.
  • Təzyiqi uzun müddət üçün normallaşdırır.
  • Sümükləri bərkidir, qüvvətləndirir.
  • Onikibarmaq bağırsaq xəstəliyində müstəsna əhəmiyyətə malikdir.
  • Astma xəstəliyində istifadə orqanizmin infeksiya ilə mübarizə aparmasına kmək edir.

Laringitdə (xirtdək iltihabı), bronxitdə (bornxların selikli qışasının iltihabı), göy öskürəkdə ərik dənəsinin emulyasiyası məsləhət görülür: Emulyasiya – 20/30 ərik dənəsi xırda doğranır və eyni nisbətdə kərə yağı ilə qarışdırılır. Gündə 3 dəfə 1 ç. qaşığı qəbul edilir. Zəiflik (arıqlıq) xəstəliyində quru ərikdən (qaysıdan) əncirdən, kişmişdən, qara gavalıdan 200qr götürüb xırdalanıb (ət maşınından keçirmək olmaz) üzərinə 25qar xırda doğranmış qoz ləpəsi əlavə edərək yaxşı qarışdırıb şüşə bankaya doldurub soyuducuda saxlamaq lazımdır. 1 ay ərzində gündə uşaqlara 1 ç. qaşığı. böyüklərə 1 x. qaşığı vermək. Qatıqla birlikdə qəbul etmək olar.

Ərik qurusu (qaysı) üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və də­mirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək – damar sistemi və böyrək xəstəliklərində ərik qurusu (qaysı) yemək məsləhətdir. Ərik qurusu hipertoniya və qan azlığı zamanı əvəzsiz köməkçidir.

Bundan başqa qaysı yaddaşı möhkəmləndirir, işləmə qabiliyyətini artırır, beyin damarlarının işinə müsbət təsir göstərir.

 

Qozun (cəvizin) müalicəvi əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. XVII əsrdə hərbi həkimlər onun yarpaqlarını yara sağaldan vasiə kimi işlədirdilər. Qoz ağaclarının altının və ətrafının havası ağciyər xəstəliklərində - bronxial astmada, vərəmdə, xroniki sətəlcəmdə (ağciyər iltihabı) müalicəvi təsirə malikdir.

Qədim zamanlarda xalq təbabətində qoz yarpaqları və yetişmiş qoz qabıqları – sinqada, ishalda, diş ağrısında, revmatizmdə və ginekoloji, böyrək, ürək, sidik kisəsi xəstəliklərində, anginada, atekosklerozda, aviaminozda, şəkərli diabetdə, babasil və damaq qanaxmalarında istifadə ediilirdi. Artıq aydın olur ki, əgər biz QOZ MÜRƏBBƏSİ yeyiriksə, özümüz də hiss etmədən özümüzü bu sayılan xəstəliklərdən müəyyən dərəcədə müalicə edirik.

Bir kiloqram qoz ləpəsi 8500 kaloriyə malikdir. Kaloriliyinə və həzm olunmasına görə qoz ləpəsi ətdən hazırlanan yeməklərdən geri qalmır. İnsan orqanizminin gündəlikliyə olan ehtiyacını 20-25 ədəd qoz ləpəsi yeməklə təmin etmək olar.

300 min adamın 1 günlük C vitamininə olan ehtiyacını ödəmək üçün bir ton qoz kifayətdir.

Ateroskleroz və diabet xəstəliklərində qoz ləpəsi yemək məsləhətdir. Qozun ləpəsindən yağda LİNULEN turşusu vardır ki, bu da qanın tərkibindəki xolestirini aşağı salır. Mədə turşusu çox olan xəstələr gündə 25-100qr qoz ləpəsi yeməlidir. Həzm prosesini yaxşılaşdırmaq və ağır xəstəliklərdən sonra qoz ləpəsi yemək faydalıdır. Yetişməmiş qozun göy qabığında çoxlu miqdarda (100qr qozda 1000/3000mq) C vitamini vardır. Bundan başqa qabığında JUQLON adlanan maddə vardır ki, həmin maddə müasir təbabətdə dərinin vərəmində, ekzemada istifadə edilir. QOZ YAĞI işlədici kimi qəbul edilir. Qoz yarpaqlarından hazırlanmış cövhər yarasağaldıcı və bakteriyaöldürücü təsirə malikdir. İshalda tinkturası qəbul edilir. (Tinktura – qoz ləpəsi cəpərindən hazırlanan məhluldur)

Qoz qabığında və yarpaqlarında qara maddə vardır ki, bu maddə də şiş əleyhinə aktivliyə malikdir. Yetişməmiş qoz qabığı və yarpaqları sacları tünd rəngləmək üçün istifadə edilir.

Qozun tərkibində ELLAGEN turşusu vardır ki, bunun sayəsində də orqanizm xərcəng hüceyrələri ilə mübarizə apara bilir. Qozun ləpəsindən, göy halındakı meyvəsindən, qabığından, yarpağından, ləpəsinin cəpərindən, yağından istifadə etməklə bir çox məcun hazırlanır ki, bu da quduzluğa, dəmirova, çibana, ekzemaya, zoba, şəkərli diabetə, qurda (olisti), göz qapaqlarının iltihabına, rəxitə, viamin çatışmamazlığına, kista xəstəliyinə, anginaya, diş ağrılarına, ateroskleroza, kardioskleroza, baş-beyin sklerozuna, hipertoniyaya, vərəmə. Dəri xəstəliyinə, sıraca xəstəliyinə, iliyin iltihabına, xərcəngə, dolamaya qarşı istifadə olunur və yetərincə köməyi vardır.

Qozun xırda bölünmüş ləpələri, bal, süd və ya qaymaqla qatılaraq istifadəsi üzülmüş (arıqlamış), qüvvədən düşmüş xəstələr üçün yüksək kalorili qida (ərzaq) məhsuludur. Bu qida tez sağalmağa , gümrahlığı və iş qabiliyyətini bərpa etməyə kömək edir.

Qoz ləpəsi ilə balın qarışığından hazırlanmış qida vərəm xəstəliyində və ürək damarlarının iltihabında çox faydalıdır.

Qoz qabığından hazırlanmış içki yüksək və aşağğı arterial təzyiqi normallaşdırmaqda və ürək əzələlərinin möhkəmləndirilməsində böyük faydası var.

Kim ki, qüvvəsini iki dəfə artırmaq istəyir, ona Makedoniyalı İsgəndərin səhər yeməyi məsləhət görülür. Qoz, pendir, kişmiş qarışıqlı yemək ürək əzələlərinin möhkəmləndirir, əsəb sistemininə səmərəli təsir göstərir.

Tərkibindəki yağ və maqnezium sayəsində zehni funksiyaların akivliyini artıran qoz unutqanlıq kimi xəstəliklərin dərmanıdır.

Uşaqlarda zehni inkişafa faydası olan qoz ürək ritmini tənzimləyir. Qozun tərkibindəki yağ turşuları ürək xəstəliklərinin qarşısını alaraq kişilərdə rast gəlinən prostat xərçəngini əngəlləyir. Uşaqlarda OMEQA-3 çatışmazlığı nəticəsində yaşanan hiperaktivlik və davranış pozuqluğu əleyhinə qoz çox faydalıdır. OMEQA-3-lə zəngin olduğu üçün uşaqlarda zehni inkişafı sürətləndirir, ürək və təzyiq xəsəlikləri zamanı qan təzyiqini tənzimləyir. Qan laxtalanması zamanı qoz yeyilməsi laxtalanmanın qarşısını alır. Qozun beyin damarlarına da faydası var. Qoz eyni zamanda güclü antioksidan təsirə malik olub. Sinir sisteminə zərər verən unutqanlıq xəstəliyinin irəliləməsini əngəlləyir. Qoz sədəf və eqzema xəstəliklərinin müalicəsinədə faydalıdır.

Qozun tərkibindəki melatonin gücə çalışan və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün faydalıdır.

Qoz mürəbbəsi mədə-bağırsaq ağrılarının azalmasında, diş əti xəsəliklərində, vitamin çatışmazlığından çox faydalıdır. Qoz yağı bağırsaqdakı qurdları tökür, dəridə ləkə olarsa, dəriyə çəkildikdə ləkəni aparır.

Yarpağını suda qaynadaraq süzüb, suyunu mədəni qüvvətləndirmək, boğaz iltihabının sağaltmaq üçün içmək, dəri problemlərini həll etmək üçün duş qəbul etmək lazımdır.

Qabığının suda qaynadaraq süzüb, saçları yuduqda, saç tökülməsinin, güclənməsinin və rənginin dəyişdiyinin şahidi olacaqsınız.

Gavan və gümrah görünmək istəyirsinizsə gündə 3-6 ədəd qoz yeyin.

Qoz yod ilə zəngindir və zob xəstəliyinə qarşı çox faydalıdır.

İbn Sinanın dövründən qoz ləpəsi alimlərin, müdriklərin, ağıllıların meyvəsi hesab olunurdu və onların yeməklərinə mütləq əlavə edilirdi.

Meyvələr – (Qoz –çəviz)

Tərkibində OMEQA-3 boldur. Minerallar və vitaminlər sayəsində beynin funksiyalaırnı yerinə yetirməsinə kömək edir.

 

Qozun (cəviz) faydaları

Qoz yemək üçün 10 səbəb.

  1. Qozdakı yüksək omega-3 yağ turşuları ürək xəstəliklərini, diabeti, yüksək qan təzyiqini və depressiyanı azaldır. Qoz istehlakı qandakı xolesterol səviyyəsini salır, ürək ritmini nizamlayır.
  2. Qoz xərcəngdən qorunmanı təmin edir, immunitet sistemini gücləndirir.
  3. Qoz damarlarda daha az laxtalanma xüsusiyyəti olan qan tipinin istehsalına və yaxşı xolesterol nisbətinin pis pis xolesterol nisbətinə görə artmasına kömək edir.
  4. Qozdakı I-Arginin qan damarlaırının iç tərəfinin hamar və düz olmasını təmin edərək qan-damar sisteminin rahat işləməsini təmin edir. Qozdakı yağ turşuları ürək xəstəliklərinə çox gözəl təsir edir.
  5. Qoz dərketməni inkişaf etdirir. Asiyanın bir çox ölkələrində qoz beyin qidası olaraq qəbul edilir.
  6. Omeqa -3 yağ nisbəti aşağı olan uşaqlarda təhsil və davranış pozğunluqları, yuxu nizamsızlığı müşahidə edilir. Qoz bu problemləri önləyən Omeq-3 baxımından çox zıngindir.
  7. Öd daşı yaranmasının qarşısını alır.
  8. Qozdakı melotonin gecə işləyən zaman yuxu nizamsızlığı çəkən kəslərdə narahatlıqları ortadan qaldıra bilir.
  9. Qozun antioksidan xüsusiyyəti, sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Qoz, manqan və mis ilə oranizmi təmin edir.
  10. Qoz yodla zəngindir. Zob xəstəliyinə kömək edən çəkərlərdəndir. Hər səhər 3-4 qoz yemək çox gözəl təsir edir.

Qoz ən faydalı qida məhsullarından biridir. Qozun ləpəsindən, ağacından, qabığından, yarpağından istifadə etmək mümkündür. Insan beyninin kiçik formasını xatırladan qoz, vitamin, mineral, proteinlə zəngindir. Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var. Qoz qandakı xolestorolun səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr, yoğun bağırsaq, süd vəzi və prostat xərcəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gecləndirir, qan-damar sistemini rahatlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Qozun mürəbbəsi mədə - bağırsaq ağrılarının azalmasında,  diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmazlığında əvəzsiz bir qidadır. Qoz ləpəsini bal ilə qarışdırıb istifadə etdikdə orqanizmdə yüksək enerji potensialını yaradır. Qozdan xüsusi yağ alınır ki, bu yağ bağırsaqda olan qurdları təmizləyir, dəridə olan ləkələri aparır. (dərini yağla ovxalamaq kifayətdir). Qoz qabığını (10 ədəd) 1 L suda 15 dəqiqə qaynadıb saçlar yuyularsa, saçların gücləndiyini və rənginin dəyişdiyinin şahidi olacaqsınız.

Xolesterolu salan, ürək və damar sağlamlığı baxımından böyük faydaları olan qozun ən əhəmiyyətli xüsusiyyəti zəkanı inkişaf etdirməsidir. Beyin və qoz görünüş etibarı ilə çox bənzəyirlər. İnsan orqanizmində gümüşdən istifadə edən tək orqan beyindir. Bu baxımdan gümüşlə zəngin olan qoz, xüsusi ilə uşaqların zəka inkişafında böyük rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, qozdakı gümüş, beynin sağ və sol tərəfindəki məlumat mübadiləsinin sürətini artırdığından, çox qoz yeyənlərin zəkaları yüksək səviyyədə inkişaf etmiş olur.